...

Rumıniyada "SOCAR" brendi ilə 30-cu YDM istifadəyə verildi

Energetika Materials 17 Sentyabr 2014 16:19 (UTC +04:00)
Bu gün Rumıniyanın Macarıstanla sərhədində yerləşən Arad şəhərində “SOCAR” brendi altında ilk yanacaqdoldurma məntəqəsi açılıb.
Rumıniyada "SOCAR" brendi ilə 30-cu YDM istifadəyə verildi

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Bu gün Rumıniyanın Macarıstanla sərhədində yerləşən Arad şəhərində "SOCAR" brendi altında ilk yanacaqdoldurma məntəqəsi açılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bununla da Rumıniyada "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 30-a çatıb.

Açılış mərasimində ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov, Azərbaycanın Rumıniyadakı səfirliyinin, Arad şəhər İcra hakimiyyəti və yerli dövlət qurumlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Rumıniyada SOCAR məntəqələri arasında ən geniş torpaq sahəsinə malik YDM-də Benzin 95 və 98, Dizel Euro 5 və Dizel Super Euro 5 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 4 sayğac quraşdırılıb, 6 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Digər YDM-lərdə olduğu kimi, Arad məntəqəsində də müştərilərə "Nar" kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 13 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea və Aradda yanacaqdoldurma məntəqələrinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti