...

Azərbaycanda ARDNŞ-nin yeni emal kompleksinin 2023-cü ildə istismara verilməsi planlaşdırılıb

Energetika Materials 18 Sentyabr 2014 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda neft-qaz emalı və neft-kimya məhsullarının emalı üzrə yeni kompleksin (OGPC) 2023-cü ildə tam istismara verilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "SOCAR Plus" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə əsasən, layihə üzrə əsaslı xərclərin təqribən 15 milyard dollar təşkil edəcəyi gözlənilir: "Əminlikə demək olar ki, OGPC iqtisadiyyatımızda daha vacib və uzunmüddətli layihələrdən biri olacaq".

E.Nəsirov qeyd edib ki, OGPC-nin tikintisi layihəsinin reallaşdırılması buraxılan məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcək, ölkənin ixrac potensialını gücləndirəcək və paytaxtın ətraf mühitinin mühafizəsinə yardım edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti