...

ARDNŞ AÇG blokunda aylıq hasilat həcmini açıqlayıb

Energetika Materials 18 Sentyabr 2014 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda 76 quyudan hər ay 2,6 milyon ton neft hasil olunur. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "SOCAR plus" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə əsasən, blokda aylıq qaz hasilatının həcmi 1,5 milyard kubmetrdir.

Blokda hasil edilən qazın böyük hissəsi təzyiqi saxlamaq üçün laya vurulur, bir hissəsi isə AÇG-nin işlənməsi üzrə operator BP tərəfindən ARDNŞ-yə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti