...

Əməliyyat şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna investisiyalarının həcmi açıqlandı

Energetika Materials 19 Sentyabr 2014 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Əməliyyat şirkətlərinin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 54,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub.

Trend xəbər verir ki, bu barədə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayevin cümə günü YAP-ın saytında dərc olunmuş müsahibəsində deyilir.

Onun sözlərinə görə, bu gün ARDNŞ və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir.

R.Abdullayev bildirib ki, xarici şirkətlərlə ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilmiş 37 Birgə Müəssisə və 7 Alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir.

ARDNŞ xarici şirkətlərlə birgə həm quruda, həm də dənizdə bir sıra yataqları istismar edir. Eləcə də xarici tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku və Xəzərdə "Şahdəniz" qaz-kondensat yatağı istismar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti