...

Beş il ərzində Azərbaycanda qazlaşdırmanın səviyyəsi 45 faiz artıb

Energetika Materials 19 Sentyabr 2014 14:59 (UTC +04:00)
2009-cu ilin sonundan indiyədək Azərbaycanda qazlaşdırmanın səviyyəsi 62,3 faizdən 90,4 faizədək artıb.
Beş il ərzində Azərbaycanda qazlaşdırmanın səviyyəsi 45 faiz artıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2009-cu ilin sonundan indiyədək Azərbaycanda qazlaşdırmanın səviyyəsi 62,3 faizdən 90,4 faizədək artıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda paytaxt 99,1 faiz, ölkə regionları isə 84,3 faiz qazlaşdırılıb.

2009-2014-cü illərdə ilk dəfə olaraq 691 yaşayış məntəqəsi qazla təmin olunub. Hazırda ölkədə qaz abonentlərinin sayı 1,7 milyonu ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti