...

Novorossiysk limanı neft daşımalarını 17 faiz azaldıb

Energetika Materials 19 Sentyabr 2014 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı vasitəsilə 51,18 milyon ton neft daşınıb. 2013-cü ilin analoji dövründə bu göstərici 61,46 milyon ton olub. Bu barədə Trend limanın rəsmi saytına istinadən məlumat verir.

Novorossiysk limanından bu dövrdə təqribən 19,26 milyon ton neft məhsulları daşınıb. Ötən ilin analoji dövründə bu göstərici təqribən 17,21 milyon ton olub.

Ümumilikdə ilin səkkiz ayı ərzində liman vasitəsilə 90,2 milyon ton müxtəlif yüklər daşınıb. 2013-cü ilin analoji dövründə bu göstərici 94,6 milyon ton olub.

2013-cü ildə Novorossiysk limanından 2012-ci ildəki təxminən 110,83 milyon tona qarşı 91,74 milyon tona yaxın neft daşınıb. Keçən il liman vasitəsilə 2012-ci ildəki 19,4 milyon tona nisbətdə 24,2 milyon ton neft məhsulları daşınıb. Ötən il ərzində limandan 2012-ci ildəki 159 milyon tona qarşı 141 milyon tona yaxın müxtəlif yüklər daşınıb.

ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir.

Novorossiysk limanının yükdaşımaları üzrə ümumi cədvəli:

Yanvar-avqust, 2014-cü il

Yanvar-avqust, 2013-cü il

Fərq

Ümumi yük dövriyyəsi, cəmi

90 245,7

94 557,2

-4 311,5

-4,6%

Maye yüklər, cəmi

71 155,5

79 195,4

-8 039,9

-10,2%

Xam neft

51 182,2

61 462,4

-10 280,2

-16,7%

Neft məhsulları

19 259,1

17 212,2

2 046,9

11,9%

Məqalədə:
Xəbər lenti

Xəbər lenti