...

Damian Qiknuri: "Cənub Qaz Dəhlizi" Avropanın enerji xəritəsini dəyişdirəcək

Energetika Materials 20 Sentyabr 2014 15:49 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" Avropanın və regionun enerji xəritəsini dəyişdirəcək layihədir".
Damian Qiknuri: "Cənub Qaz Dəhlizi" Avropanın enerji xəritəsini dəyişdirəcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

"Cənub Qaz Dəhlizi" Avropanın və regionun enerji xəritəsini dəyişdirəcək layihədir". Trend xəbər verir ki, bu barədə Albaniyanın energetika və sənaye naziri Damian Qiknuri şənbə günü Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində deyib.

Nazir bildirib: "Bu layihə Albaniya üçün çox vacibdir. Layihə Avropa və bütün region üçün çox vacibdir, çünki Avropa ölkələrinə etibarlı alternativ enerji mənbəyi lazımdır".

Onun sözlərinə görə, bu layihə Aİ-nin gələcəyi, onun enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir, çünki alternativ variantlar olmadan qitənin təhlükəsiz gələcəyi ola bilməz.

D.Qiknuri deyib ki, ölkənin enerji təhlükəsizliyinin təmin olunması üçün ilk dəfə böyük həcmdə qaz Albaniyaya ixrac olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti