...

ARDNŞ neft hasilatını cüzi artırıb

Energetika Materials 22 Sentyabr 2014 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin ilk 8 ayında ölkənin ofşor və onşor yataqlarında təqribən 5,62 milyon ton neft hasil edib. Bu göstərici ötən ilin analoji dövründə 5,56 milyon ton olub. Bu barədə Trend ARDNŞ-yə istinadən məlumat verir.

Şirkət 2013-cü ildə 8,31 milyon tondan çox, 2012-ci ildə isə 8,24 milyon ton neft hasil edib.

ARDNŞ-nin məlumatına görə, Azərbaycanda yanvar-avqust aylarında ümumilikdə 29,1 milyon ton neft hasil olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 29,4 milyon ton olub.

Ümumilikdə 2013-cü ildə Azərbaycanda 43,48 milyon neft hasil edilib. 2012-ci ildə bu göstərici 43 milyon ton idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti