...

"SOCAR Turkey Enerji" Türkiyənin neft-kimya kompleksindəki aktivlərini birləşdirib

Energetika Materials 23 Sentyabr 2014 18:32 (UTC +04:00)
"SOCAR Turkey Enerji" "Petkim" neft-kimya kompleksində iştirak çərçivəsində "SOCAR İzmir Petrokimya" ilə aktivləri birləşdirib.
"SOCAR Turkey Enerji" Türkiyənin neft-kimya kompleksindəki aktivlərini birləşdirib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

"SOCAR Turkey Enerji" "Petkim" neft-kimya kompleksində iştirak çərçivəsində "SOCAR İzmir Petrokimya" ilə aktivləri birləşdirib. Bu barədə Trend Türkiyənin İctimaiyyəti Məlumatlandırma üzrə Dövlət İdarəsinə (Kamuoyunu Aydınlatma Platformu - KAP) istinadən məlumat verir.

Nəticədə "SOCAR Turkey Enerji"nin kompleksdə iştirak payı 61,32 faiz təşkil edib.

"SOCAR İzmir Petrokimya" 10,32 faizlik iştirak payına sahib olub.

Məlumata görə, "SOCAR Turkey Enerji" və törəmə şirkəti "SOCAR İzmir Petrokimya"nın birləşmə prosesi sentyabrın 22-də baş tutub.

Neft-kimya kompleksinin səhmlərinin 38,67 faizi hələ də İstanbul Fond Birjasında sərbəst tədavüldədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti