...

ARDNŞ korporativ məlumat bazasının formalaşdırılmasının müddətini açıqlayıb

Energetika Materials 29 Sentyabr 2014 13:55 (UTC +04:00)
Azərbaycanın neft-qaz sektorunun inkişafının böyük tarixi olduğunu nəzərə alsaq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Odlar" korporativ məlumat bazasını formalaşdırması 20-25 il vaxt apara bilər.
ARDNŞ korporativ məlumat bazasının formalaşdırılmasının müddətini açıqlayıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın neft-qaz sektorunun inkişafının böyük tarixi olduğunu nəzərə alsaq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Odlar" korporativ məlumat bazasını formalaşdırması 20-25 il vaxt apara bilər. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ARDNŞ-nin kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin dəstəyi ilə Bakıda keçirilən "Milli Məlumatlar Bankı NDR-14" beynəlxalq konfransı çərçivəsində deyib.

Onun sözlərinə görə, korporativ məlumat bazasının formalaşdırılması 2008-ci ildən başlayıb və 6 il ərzində aparılmış işlərin nəticəsi deməyə imkan verir ki, bütün məlumatların toplanmasının daha qısa müddətə başa çatdırılması mümkündür.

Məlumatların toplanmasının uzun müddət aparılması ölkədə xeyli sayda yataq və quyuların olması ilə əlaqədardır və müvafiq olaraq böyük həcmdə informasiya mövcuddur. Həmin məlumatlar müxtəlif metodlarla qeydə alınıb və ayrı-ayrı strukturlarda saxlanılır.

X.Məmmədov bildirib: "Bizim 44 800-dən çox quyumuz var və quyuların işi ilə əlaqədar bütün məlumatlar qeydə alınır. Bundan başqa, quyuların qazılması çərçivəsində kəşfiyyat və digər texniki parametrlər üzrə məlumatlar toplanır".

ARDNŞ-nin vitse-prezidenti vurğulayıb ki, ictimaiyyət üçün məlumat bazasına giriş məhduddur, lakin bu sahənin mütəxəssislərinin ona giriş imkanı var. Hazırda məlumat bazasına ARDNŞ-nin 130 mütəxəssisinin giriş imkanı var və bu siyahı genişlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti