...

Türkiyə ərazisi ilə BTC üzrə neftin nəqli 6,5 faiz artıb

Energetika Materials 30 Sentyabr 2014 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə 178,04 milyon barel neft nəql edilib. 2013-cü ilin eyni dövründə bu göstərici 167,15 milyon barel təşkil edib. Bu barədə Trend Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkətinə istinadən məlumat verir.

2013-cü ildə ümumilikdə Türkiyə ərazisi ilə BTC üzrə təqribən 249,62 milyon barel neft nəql edilib. 2012-ci ildə bu rəqəm 250,34 milyon barel təşkil edib.

2014-cü ilin yanvar-avqsut aylarında Türkiyə ərazisi ilə İraq-Türkiyə boru kəməri üzrə təqribən 15 milyon barel neft nəql olunub. Ötən ilin eyni dövründə bu göstərici 61,82 milyon barel olub.

2013-cü ildə bu boru kəməri üzrə 91,88 milyon barel neft nəql edilib. 2012-ci ildə isə bu göstərici 145,63 milyon barel təşkil edib.

2014-cü ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Ceyhan-Qırıqqala boru kəməri üzrə 15,38 milyon barel neft nəql olunub. Ötən ilin eyni dövründə bu göstərici 14,85 milyon barel olub.

2013-cü ildə bu boru kəməri üzrə 23,74 milyon barel neft nəql edilib. 2012-ci ildə isə bu göstərici 21,96 milyon barelə bərabər olub.

2014-cü ilin yanvar-avqust aylarında Batman-Dördyol boru kəməri üzrə 9,12 milyon barel neft nəql olunub. Ötən ilin eyni dövründə bu rəqəm təqribən 7,85 milyon barel təşkil edib.

Ötən il Batman-Dördyol boru kəməri üzrə 11,57 milyon barel neft nəql olunub. 2012-ci ildə isə bu göstərici 11,25 milyon barel olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti