...

Xəzər qazının Avropaya tədarükünün artması boru kəmərinin şaxələndirilməsini zəruri edəcək

Energetika Materials 30 Sentyabr 2014 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Əlavə qaz həcmləri olduğu təqdirdə Azərbaycanın Mərkəzi Avropa (Avstriya) istiqamətində əlavə boru xəttinin tikintisinə ehtiyacı yarana bilər. Bunu çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki mənbə "Nabucco West" qaz kəmərinin tikintisi layihəsinin dirçəldilməsi imkanını şərh edərkən deyib.

"Nabucco West" layihəsinin konsepsiyası Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) 1300 kilometr uzunluğunda boru kəmərinin tikintisini nəzərdə tutur.

Mənbə bildirib: "Bizim əlavə qazımız və Türkmənistandan qaz həcmləri olacağı təqdirdə bu boru kəməri əlavə xəttin yaradılması məqsədilə şaxələndirmək üçün lazım ola bilər. Bununla da İtaliya bir xətt təşkil edir, ikinci xətt isə Mərkəzi Avropaya çəkiləcək".

Agentliyin həmsöhbəti qeyd edib ki, "Nabucco West" layihəsi Trans-Adriatik qaz kəmərinin (TAP) Azərbaycan qazının Avropaya əsas tədarük marşrutu qismində seçilməsindən sonra aktuallığını itirdi: "Nabucco West" layihəsi uzunmüddətli perspektivdə əsas marşrutun bir qoluna çevrilə bilər. Bu, əlavə qaz həcmləri olacağı təqdirdə Azərbaycana istehsalçı və qaz tədarükçüsü kimi lazım olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti