...

Qaz təchizatı məhdudlaşdırılan rayonlar

Energetika Materials 1 Oktyabr 2014 11:37 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Qaz təchizatı məhdudlaşdırılan rayonlar

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, eləcə də mövcüd qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 12:00-dək Abşeron rayonunın bir hissəsinə, saat 12:00-dan 14:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 14:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 16:00-dək Samux rayonunun bir hissəsinə, saat 13:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 18:00-dək Gədəbəy rayonuna, Qazax, Yevlax, və Şəmkir rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Qaradağ rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti