...

Dünyada neftin qiymətinin azalması Azərbaycanda Aİ-95 benzininin ucuzlaşmasına gətirib çıxarıb

Energetika Materials 1 Oktyabr 2014 12:47 (UTC +04:00)
Hazırda Аİ-95 (Premium) markalı benzin Azərbaycana kənardan idxal olunur və xarici bazardakı qiymət dəyişiklikləri respublikada bu məhsulun qiymətinə təsir edir.
Dünyada neftin qiymətinin azalması Azərbaycanda Aİ-95 benzininin ucuzlaşmasına gətirib çıxarıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Seymur Əliyev/

Hazırda Аİ-95 (Premium) markalı benzin Azərbaycana kənardan idxal olunur və xarici bazardakı qiymət dəyişiklikləri respublikada bu məhsulun qiymətinə təsir edir. Bu barədə çərşənbə axşamı Trend-ə neft-qaz bazarındakı mənbə bildirib.

Çərşənbə günü Аİ-95 (Premium) markalı benzinin qiyməti 0,97 manatdan 0,95 manata düşüb. Əvvəllər onun qiyməti 0,93 manat təşkil edirdi.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 92 və 95 oktan ədədli mühərrik benzini markalarının idxalı müvafiq olaraq gömrük rüsumundan azad edilib. Qərara əsasən, rüsum dərəcələri 15 faizdən sıfıra endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250-dən 1 dollaradək azaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti