...

"Şahdəniz-1" layihəsində kommersiya operatorluğu məsələsi həll olunur

Energetika Materials 13 Oktyabr 2014 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Emil İsmayılov/

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində Norveçin "Statoil" şirkətinin iştirak payını satması çərçivəsində yatağın işlənməsinin birinci mərhələsinin kommersiya operatoru funksiyaları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) verilə bilər. Bunu bazar ertəsi Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

Bu gün "Statoil" şirkəti "Şahdəniz" layihəsindəki 15,5 faizlik iştirak payını və Cənubi Qafqaz qaz kəmərindəki eyni miqdarda payını Malayziyanın "Petronas" şirkətinə satıb. Sövdələşmənin dəyəri 2,25 milyard dollar təşkil edir. Müvafiq orqanlar tərəfindən bəyəniləcəyi halda sövdələşmənin 2015-ci ilin əvvəlində başa çatacağı gözlənilir.

Bu məlumat yayılandan sona "Şahdəniz"in işlənməsinin birinci mərhələsi çərçivəsində hansı şirkətin kommersiya operatoru olacağı məsələsi aktuallaşıb.

Qeyd edək ki, məhz ARDNŞ "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində bütün kommersiya danışıqlarına rəhbərlik edib. ARDNŞ-nin aktiv fəaliyyəti nəticəsində qazın Avropaya satışı üzrə müqavilələr imzalanıb. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində qazın satışı haqqında müqavilələr Bakıda "Shell", "Bulgargaz", DEPA, "Gas Natural Fenosa", E.ON, "Gaz de France", "Hera", "Enel", "Axpo" şirkətləri ilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti