...

ARDNŞ yeraltı qaz anbarlarında qaz ehtiyatlarını artırmağa davam edir

Energetika Materials 14 Oktyabr 2014 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü il oktyabrın 14-nə olan məlumata görə, Azərbaycanın yeraltı qaz anbarlarına 1,84 milyon kubmetrdən çox qaz vurulub. Bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə deyib.

Azərbaycanda 2 yeraltı qaz anbarı (Qalmaz və Qaradağ) var. Hər ikisi ARDNŞ-nin balansındadır.

Agentliyin müsahibi bildirib ki, anbarlara vurulan qazın ümumi həcmindən 997,43 milyon kubmetr Qaradağ, təqribən 846,78 milyon kubmetr isə Qalmaz qaz anbarının payına düşür.

Hazırda ölkənin yeraltı qaz anbarlarında aktiv qazın həcmi 3,22 milyard kubmetr təşkil edir. Bu həcmin 1,74 milyard kubmetrdən çoxu Qaradağ, təqribən 1,48 milyard kubmetri isə Qalmaz qaz anbarının payına düşür.

Mənbənin sözlərinə görə, qaz vurulması mövsümünün yekunu üzrə yeraltı qaz anbarlarında aktiv qazın həcmi 3,5 milyard kubmetrə çata bilər: "Yeraltı qaz anbarlarına qazın vurulması hələ davam edir".

Qeyd edək ki, ölkənin yeraltı qaz anbarlarının imkanları onlarda 3,5 milyard kubmetrdən çox qaz saxlamağa şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti