...

ARDNŞ İsveçrədə avtoservis mərkəzləri açmağa hazırlaşır

Energetika Materials 20 Oktyabr 2014 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Emil İsmayılov/

İlin sonunadək İsveçrədə SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında avtomobillərə xidmət göstərilməsi üzrə 3 servis mərkəzi açılacaq. Bu barədə Trend "SOCAR Energy Switzerland"ın saytına istinadən məlumat verir.

Məlumatda qeyd edilir ki, oktyabrın 22 və 24-də Valbella və Lommisdə, noyabrın 5-də isə Vadusda servis mərkəzləri açılacaq.

Bundan başqa, 2015-ci il yanvarın 7-də Valenştadt və Qronoda da SOCAR brendi altında servis mərkəzləri açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti