...

TANAP-ın tikintisində iştirak edəcək şirkətlər Türkiyədə ƏDV-dən azad edilir

Energetika Materials 21 Oktyabr 2014 17:04 (UTC +04:00)
Türkiyədə TANAP tikinti və təchizat layihəsində iştirak edəcək bütün şirkətlər ƏDV-dən azad olunacaq.
TANAP-ın tikintisində iştirak edəcək şirkətlər Türkiyədə ƏDV-dən azad edilir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə TANAP layihəsi çərçivəsində tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər ƏDV-dən azad olunacaq.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Türkiyə Nazirlər Kabinetinin qəbul etdiyi mövcud qərar gələn ilin yanvarından tətbiq olunacaq.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq.

TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti