...

Avropa Komissiyası Türkmənistan və Azərbaycanla Trans-Xəzər layihəsi üzrə danışıqlar aparmaqda maraqlıdır

Energetika Materials 22 Oktyabr 2014 10:59 (UTC +04:00)
Avropa Komissiyası Türkmənistan və Azərbaycanla Trans-Xəzər layihəsi üzrə irəliyə doğru addımlar atmaqda və birlikdə işləmək barədə danışıqlar aparmaqda maraqlıdır.
Avropa Komissiyası Türkmənistan və Azərbaycanla Trans-Xəzər layihəsi üzrə danışıqlar aparmaqda maraqlıdır

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Avropa Komissiyası Türkmənistan və Azərbaycanla Trans-Xəzər layihəsi üzrə irəliyə doğru addımlar atmaqda və birlikdə işləmək barədə danışıqlar aparmaqda maraqlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard bildirib.

M.Mard qeyd edib ki, Aİ Cənub Qaz Dəhlizi və onun həyata keçirilməsinə böyük əhəmiyyət verir.

Onun sözlərinə görə, Avropa Komissiyası, Azərbaycan və Türkmənistan arasında Trans-Xəzər boru kəməri üzrə üçtərəfli görüş formatı mövcuddur: "Biz bunu addım-addım həyata keçiririk. Görüşün tarixi barədə hələlik dəqiq bir şey deyə bilmərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti