...

Yardımlı rayonunun Daşkənd kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 22 Oktyabr 2014 16:27 (UTC +04:00)
Bu gün Yardımlı rayonunun Daşkənd kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Yardımlı rayonunun Daşkənd kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün Yardımlı rayonunun Daşkənd kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə Yardımlı rayon İcra Hakimiyyəti və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 159 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 582 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 159 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti