...

Oktyabrın 23-də Azərbaycan neftinin qiymətləri azalıb

Energetika Materials 24 Oktyabr 2014 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Emil İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 89,68 dollar/barel təşkil edib.

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü Trend-ə verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən 0,29 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 88,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,26 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 23-də 84,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,24 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 23-də 85,96 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti