...

"Eldaroyuğu" sahəsində kəşfiyyat quyusunun qazılmasına başlanılıb

Energetika Materials 24 Oktyabr 2014 18:35 (UTC +04:00)
"Eldaroyuğu" sahəsində kəşfiyyat quyusunun qazılmasına başlanılıb. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.
"Eldaroyuğu" sahəsində kəşfiyyat quyusunun qazılmasına başlanılıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

"Eldaroyuğu" sahəsində kəşfiyyat quyusunun qazılmasına başlanılıb. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş ''Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı'' çərçivəsində neft və qaz hasilatının artırılması və bu məqsədlə yeni yataqların açılması kimi aktual məsələlər ARDNŞ qarşısında qoyulmuş prioritet vəzifələrdən. "Eldaroyuğu" sahəsində 1 nömrəli struktur-axtarış quyusunda aparılan qazma işləri deyilənlərə daha bir sübutdur.

Qeyd edək ki, sahə Kür və Qabırrı çaylararası neftli-qazlı zonasının şərq hissəsində, respublikanın Samux rayonu ərazisində yerləşir.

Sahənin məhsuldarlıq ehtimalı böyükdür və burada bir sıra kəşfiyyat quyularının qazılmasına, geofiziki kəşfiyyat işlərinin aparılmasına zərurət yaranıb. Hazırda "Eldaroyuğu" sahəsində 2D seysmik kəşfiyyat və qravimaqnitometrik işlər yekunlaşıb, alınmış materialların emalına başlanılıb.

Sahədəki 1 nömrəli struktur-axtarış quyusu Kompleks Qazma İşləri Tresti tərəfindən Miosen çöküntülərinin üst Sarmat mərtəbəsinə qazılır. Qazma işlərinin aparılmasında məqsəd sahənin geoloji quruluşunun, Miosen çöküntülərinin üst Sarmat mərtəbəsinin litoloji və kollektorluq xüsusiyyətlərinin, eləcə də neft-qazlılığını öyrənməkdir.

Layihə dərinliyi 1000 metr olan quyunun gələn ilin yanvar ayında təhvil verilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti