...

Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə elektrik enerjisi ixracının başlama tarixi açıqlandı

Energetika Materials 24 Oktyabr 2014 20:29 (UTC +04:00)
Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə elektrik enerjisinin ixracı 2015-ci ilin sonunadək başlaya bilər
Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə elektrik enerjisi ixracının başlama tarixi açıqlandı

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə elektrik enerjisinin ixracı 2015-ci ilin sonunadək başlaya bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, 2015-ci ildə bu dəhliz çərçivəsində elektrik enerjisinin nəqli və tranziti ilə bağlı bütün texniki və kommersiya məsələlərini həll etmək planlaşdırılır.

N.Əliyev qeyd edib ki, tranzit, tranzitə və elektrik enerjisinə görə ödənişin müəyyənləşdirilməsi və digər məsələlər üzrə danışıqların aparılması gözlənilir.

Nazirin sözlərinə əsasən, ixrac həcmləri müəyyənləşdiriləcək ki, bu da mövcud güclərdən asılı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti