...

"Qazanbulaq-Ziyadxan" sahəsində seysmik-kəşfiyyat işləri nə vəd edir?

Energetika Materials 28 Oktyabr 2014 18:34 (UTC +04:00)
Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qazanbulaq-Ziyadxan” sahəsində 3D seysmik kəşfiyyat işlərini başa çatdırıb.
"Qazanbulaq-Ziyadxan" sahəsində seysmik-kəşfiyyat işləri nə vəd edir?

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İstehsalat Bölümü "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Qazanbulaq-Ziyadxan" sahəsində 3D seysmik kəşfiyyat işlərini başa çatdırıb. Bu barədə Trend ARDNŞ-yə istinadən məlumat verir.

Əldə edilmiş məlumatlar hazırda emal olunur. İşlər "Qazanbulaq-Ziyadxan" sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyır.

Gəncə neftli-qazlı rayonunda yerləşən "Qazanbulaq-Ziyadxan" sahəsinin 100 kvadrat kilometrlik ərazisində həyata keçirilmiş bu tədbirlər axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti