...

Səfir: Azərbaycan və Türkiyənin həyata keçirdiyi bütün enerji layihələrində Naxçıvan da nəzərə alınır

Energetika Materials 29 Oktyabr 2014 09:56 (UTC +04:00)
Türkiyə və Azərbaycan qısa zamanda ciddi iqtisadi nailiyyətlər əldə ediblər. Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun Trend-ə Türkiyə-Azərbaycan iqtisadi münasibətlərini şərh edərkən bildirib.
Səfir: Azərbaycan və Türkiyənin həyata keçirdiyi bütün enerji layihələrində Naxçıvan da nəzərə alınır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə və Azərbaycan qısa zamanda ciddi iqtisadi nailiyyətlər əldə ediblər. Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun Trend-ə Türkiyə-Azərbaycan iqtisadi münasibətlərini şərh edərkən bildirib.

O, qeyd edib ki, hər iki dövlət siyasi sabitliyi qoruyub saxlamaqla yanaşı, bunu bəşəriyyətin inkişafı istiqamətində istifadə edə bildi: "Azərbaycan və Türkiyənin iqtisadi layihələrinin xüsusiyyəti ondan ibarətdir ki, bu layihələr sadəcə iki ölkənin deyil, region ölkələrinin də rifahına xidmət edir".

Səfir deyib ki, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan və Türkiyənin həyata keçirdiyi önəmli layihələrdən biridir: "Təbii ki, TANAP layihəsi də ən öndə gələn layihələrdən biridir. TANAP və TAP layihələri dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün önəmli layihələrdir və Azərbaycan və Türkiyənin bu layihələrlə qürur duyması ilə yanaşı, dünya ölkələri də bu layihələrə sahib çıxmalıdır".

İsmayıl Alper Coşqun vurğulayıb ki, Azərbaycan və Türkiyə həyata keçirdikləri bütün enerji layihələrində Naxçıvanı da nəzərə alırlar.

Səfir deyib ki, Türkiyə və Azərbaycanın əldə etdiyi razılaşmalar arasında Ərzurum-Qars-İğdır qaz xəttinin və Bakı-Tbilisi-Qars dəmiryolunun Naxçıvana qədər uzadılmasıda var: "Hazırda bu layihələr üzrə danışıqlar davam edir".

Onun sözlərinə görə, Naxçıvanın bütün ehtiyaclarını qarşılamaq üçün Türkiyə Azərbaycanla əməkdaşlığını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti