...

"Neft Daşları"ndakı özüldən 4 quyu qazılacaq

Energetika Materials 30 Oktyabr 2014 18:13 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündən əlavə olaraq 4 istismar quyusunun qazılması məqsədi ilə yenidənqurma işlərinə başlanılıb.
"Neft Daşları"ndakı özüldən 4 quyu qazılacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

"Neft Daşları" yatağındakı 1887 saylı stasionar dəniz özülündən əlavə olaraq 4 istismar quyusunun qazılması məqsədi ilə yenidənqurma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, özüldən qazılacaq 4 istismar quyusundan neftin hasilatını və nəqlini təşkil etmək məqsədi daşıyan layihə çərçivəsində indiyə kimi ümumi uzunluğu 120 metr olan müxtəlif diametrli 3 ədəd qoruyucu və 170 metr uzunluğunda 3 ədəd istiqamətləndirici boru quraşdırılıb, borulararası boşluq sement məhlulu ilə doldurulub.

120 metr uzunluğunda 1 ədəd qoruyucu borunun və 170 metr uzunluğunda 1 ədəd istiqamətləndirici borunun quraşdırılması nəzərdə tutulur. İşlərin bu ilin sonuna kimi başa çatdırılacağı gözlənilir.

Qeyd edək ki, tikinti-quraşdırma işləri "Neftqaztikinti" Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti