...

Azərbaycanda payız sərgi mövsümünə start verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2014 18:28 (UTC +04:00)
Cari ilin sentyabr ayında beynəlxalq sərgilərin təşkilatçısı “Iteca Caspian” şirkəti ənənəvi olaraq payız sərgi mövsümünü açacaq.
Azərbaycanda payız sərgi mövsümünə start verilir

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Cari ilin sentyabr ayında beynəlxalq sərgilərin təşkilatçısı "Iteca Caspian" şirkəti ənənəvi olaraq payız sərgi mövsümünü açacaq.

Şirkətdən Trend-ə verilən məlumata görə, bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən göstərilən rəsmi dəstək çərçivəsində təşkil olunur. Bir sıra layihələr isə beynəlxalq birliklər və sənaye assosiasiyalarının dəstəyi ilə həyata keçiriləcək.

2014-cü ilin payız mövsümündə bir sıra beynəlxalq sərgilərin həyata keçirilməsi planlaşdırılıb: "ADEX", "BIHE", "Stomatology Azerbaijan", "Beauty Azerbaijan", "Education", "Career", "BakuBuild", "AquaTherm Baku", "CIPS Caspian", "CTE" və "BakuTel".

Bu il qeyri-neft sektoruna həsr olunmuş bir neçə sərginin yubileyi keçiriləcək. Belə ki, "BIHE", "BakuBuild" və "BakuTel" sərgiləri 20 illik, "CTE" sərgisi isə 5 illik yubileyini qeyd edəcək.

Sözügedən sərgilər keçirildiyi illər ərzində Xəzər regionunda aparıcı mövqe tutmaqla yanaşı, peşəkarların öz sahələri üzrə ənənəvi görüş yerinə çevrilib. Bütün yubiley sərgilər üçün əvvəlcədən xüsusi proqram nəzərdə tutulub. İştirakçı və ziyarətçilərin iştirak edəcəkləri yubiley proqramlar öz koloriti və müxtəlifliyi sayəsində sərgilərdə xüsusi təntənə və bayram ab-havası yaradacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti