...

Azərbaycanın ilk kosmik peykinin tikintisi başa çatıb

Telekommunikasiya Materials 27 Sentyabr 2012 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir H.Vəliyev/

ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti "Azerspace-1" ilk milli telekommunikasiya peykinin tikintisini başa çatdırıb. Bu barədə cümə axşamı Trend-ə "Azərkosmos" ASC-dən məlumat verilib.

Peyk "Orbital Sciences Corporation"da sınaqdan keçirilir.

"Orbital Sciences Corporation" zavodunda həyata keçirilən proseslə yaxından tanış olmaq üçün ASC-nin bir və "Telesat"ın iki əməkdaşı oradadır.

Peyk noyabrda Kuru kosmodromuna çardırılacaq. Peykin 2013-cü ilin əvvəllərində orbitə buraxılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti