...

"Azerspace" peyki martın əvvəlində "Azərkosmos"un idarəçiliyinə veriləcək (FOTO)

Telekommunikasiya Materials 12 Fevral 2013 13:29 (UTC +04:00)
Azərbaycanın "Azerspace/Africasat-1" peyki fevralın 15-nə öz orbitinə çatacaq.
"Azerspace" peyki martın əvvəlində "Azərkosmos"un idarəçiliyinə veriləcək (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "Azerspace/Africasat-1" peyki fevralın 15-nə öz orbitinə çatacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sınaqlara təqribən 20 gün tələb olunur və artıq martın ilk ongünlüyündə peyk ASC-nin idarəçiliyinə təhvil veriləcək.

Nəbiyev bildirib ki, hazırda peykin resurslarının 40 faizindən çoxu icarəyə verilib. Peykin resurslarının reallaşdırılmasından ilk daxilolmalar may ayından başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti