...

Əli Abbasov: Azərbaycanda "start-up" layihələrinin dəstəklənməsi üçün vençur fondların yaradılması zəruridir

Telekommunikasiya Materials 4 İyul 2013 18:43 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Start-up" (sürətli həyata keçirilməsi nəzərdə tutulan biznes ideyası) layihələrinin dəstəklənməsi məqsədilə vençur fondların yaradılması məsələsini nəzərdən keçirir.
Əli Abbasov: Azərbaycanda "start-up" layihələrinin dəstəklənməsi üçün vençur fondların yaradılması zəruridir

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Start-up" (sürətli həyata keçirilməsi nəzərdə tutulan biznes ideyası) layihələrinin dəstəklənməsi məqsədilə vençur fondların yaradılması məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda "Start-up Azərbaycan" layihəsi çərçivəsində keçirilən "Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda konfransda çıxış edən rabitə və informasiya texnologiyaları nazir Əli Abbasov bildirib.

Abbasovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı danışıqlar həm respublikanın özəl sektorunu təmsil edən, həm də böyük beynəlxalq şirkətlərlə aparılır: "Şəxsi kapitalla fondların yaradılması çox vacib məsələdir. Onlar "start-up" şirkətlərin əsas maliyyə mənbələri ola bilərlər. Müvafiq olaraq, biz bu istiqaməti də genişləndirmək istəyirik. Azərbaycan kiçik ölkədir və bazarın payları məhduddur. Bazarın payının artımına innovasiya inkişafı hesabına nail olmaq olar".

Nazirin sözlərinə görə, bu gün Azərbaycan gəncləri kifayət qədər bilik və bacarıqlara malikdirlər. Əsas maneə kimi o, bir çox ölkələrə xarakterik olan ideyaların sonrakı inkişafı üçün maliyyə resurslarının olmamasını hesab edir. Hökumət intellektual gənclərin maliyyələşdirilməsi üçün bir sıra mexanizmlərə malikdir. Bu, məhz İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və texnoparkların köməyi ilə edilir.

Yaxın vaxtlarda Azərbaycan hökuməti İKT sektorunda fəaliyyət göstərən şirkətlərə vergi və gömrük sahəsində xüsusi güzəştlərin tətbiqini planlaşdırır: "Bu gün ölkə parlamenti tərəfindən texnoparklar ərazisində fəaliyyət göstərən müəssisələr üçün vergi güzəştlərinin tətbiqi təsdiqlənib. Gömrük güzəştlərinin tətbiqi baxılma mərhələsindədir".

Nazirlik tərəfindən ölkəyə idxal olunan yüksək texnoloji məhsulların hissələrinə tətbiq olunan gömrük rüsumlarının aşağı salınması haqqında təkliflər hazırlanıb.

Ölkəyə idxal olunan kompüterlərə görə gömrük rüsumları 3 faiz təşkil etdiyi halda, onların istehsalına lazım olan hissələrin idxalı üçün nəzərdə tutulan gömrük rüsumları dəyərindən asılı olaraq 10-15 faiz arasında dəyişir.

Nazir bildirib: "Azərbaycanda İKT sektorunun dinamik inkişaf etməsinə baxmayaraq, məhsul ixracı idxaldan əhəmiyyətli dərəcədə geri qalır. Azərbaycanda İKT sektorunun inkişafı, onun rəqabətə davamlılığını artırmaq üçün bu sahədə vergi qanunvericiliyinin optimallaşdırılması və güzəştli maliyyələşdirmənin mövcudluğuna ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti