...

Ukrayna və Türkiyə kanalları “Azerspace-1” üzərindən yayımlanmağa başlayıb

Telekommunikasiya Materials 16 Avqust 2013 12:59 (UTC +04:00)
Azərbaycanın telekommunikasiya peyki "Azerspace/Africasat-1a" üzərindən yerli və xarici TV və radio kanallarının yayımı genişlənir.
Ukrayna və Türkiyə kanalları “Azerspace-1” üzərindən yayımlanmağa başlayıb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir H. Vəliyev/

Azərbaycanın telekommunikasiya peyki "Azerspace/Africasat-1a" üzərindən yerli və xarici TV və radio kanallarının yayımı genişlənir. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, son günlərdə Ukraynanın dövlət televiziyası olan "UTR" kanalı və Türkiyənin "VTV Antalya" kanalı "Azerspace/Africasat-1a" peyki üzərindən yayımlanmağa başlayıb.

Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır və yaxın gələcəkdə yayıma yeni kanalların qoşulacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti