...

Azərbaycanda aşağıorbitli peykin hazırlanması ilə bağlı yeni tender elan ediləcək

Telekommunikasiya Materials 23 Avqust 2013 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın aşağıorbitli peykinin buraxılması üzrə layihənin hazırlanması işləri artıq yekunlaşıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib:

"Yaxın vaxtlarda Azərbaycanda aşağıorbitli peykin hazırlanması ilə bağlı yeni tenderin elan ediləcəyi planlaşdırılır".

Xatırladaq ki, daha əvvəl ilk tenderin nəticələri ləğv edilmişdi.

"Azərkosmos" ASC-dən Trend-ə verilən məlumata görə, tenderin ləğv olunmasına səbəb peykin müəyyənləşdirilən texniki parametrlərinin yüksək olmasıdır.

ASC-nin planına əsasən, Yer səthinin zondla tədqiqatı üzrə peykin 2015-ci ildə buraxılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti