...

Bakcell "İlin mobil operatoru" oldu (FOTO)

Telekommunikasiya Materials 28 Mart 2014 18:25 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun təsis etdiyi "Caspian Energy Integration Award - 2014" mükafatını alıb.
Bakcell "İlin mobil operatoru" oldu (FOTO)

Azərbaycan, Bakı, 28 mart/Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun təsis etdiyi "Caspian Energy Integration Award - 2014" mükafatını alıb.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, "İlin Mobil Operatoru" nominasiyasında qalib olan "Bakcell" şirkəti artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülür.

Qeyd edək ki, Beynəlxalq "Caspian Energy Integration Award" mükafatı dünyanın 50 ölkəsində internet vasitəsilə keçirilmiş sorğunun nəticələrinə əsasən son bir ildə Xəzər dənizi-Qara dəniz və Baltik regionlarında qazanılmış nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət şirkətlərinin və özəl şirkətlərin rəhbərlərinə təqdim edilir.

Təqdimetmə mərasimində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və başqaları iştirak edib.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti