...

2014-cü ildə "Azerspace-1" rabitə peykinin istismarından əldə olunacaq gəlirlərin məbləği açıqlanıb

Telekommunikasiya Materials 17 Aprel 2014 11:00 (UTC +04:00)
2014-cü ildə "Azerspace-1" rabitə peyki üzrə proqnozlaşdırılan gəlirlər təxminən 15 milyon dollar həcmində olacaq.
2014-cü ildə "Azerspace-1" rabitə peykinin istismarından əldə olunacaq gəlirlərin məbləği açıqlanıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir H.Vəliyev/

2014-cü ildə "Azerspace-1" rabitə peyki üzrə proqnozlaşdırılan gəlirlər təxminən 15 milyon dollar həcmində olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ölkənin rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, ötən il bu göstərici 10 milyon dollar olub: "Biz ehtimal edirik ki, bu il ilk peyk proqramı üzrə kreditləri ödəmək üçün Maliyyə Nazirliyinin ayırdığı vəsaitlərdən istifadə edəcəyik, artıq 2015-ci ildə isə peyk gəlir gətirməyə başlayacaq".

Nazir aşağı orbitli peykin tikintisi layihəsini də xatırladıb. Onun sözlərinə görə, bu yaxınlarda Fransanın "EADS-Astrium" şirkəti "Azerkosmos" MMC-yə Azərbaycan üçün belə peykin tikintisi ilə bağlı öz təkliflərini təqdim edib.

Artıq peykin tikintisi üzrə tender elan edilib və bu günədək iştirakçıların "Azərkosmos" MMC-yə təqdim etdikləri təkliflərə baxılır və qiymətləndirilir: "Tender iştirakçılarının sayının artması ilə əlaqədar müddət daha bir ay uzadılacaq. Tenderin qalibinin adı yaxın vaxtlarda açıqlanacaq. Peykin tikintisinə 30 ay ayrılacaq".
İkinci rabitə peykinin buraxılışına gəlincə, Abbasovun sözlərinə görə, bu istiqamətdə tender şərtləri hazırlanır. "Azerspace-2" 2-ci rabitə peykinin 2017-ci ildə buraxılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti