...

Azərbaycan və İtaliyanın İT şirkətləri arasında anlaşma memorandumu və məxfilik sazişi imzalanıb

Telekommunikasiya Materials 17 Aprel 2014 13:44 (UTC +04:00)
Azərbaycanın yerli İT şirkəti "Neuron Technologies" və İtaliyanın "Exprivia" şirkəti arasında anlaşma memorandumu və məxfilik sazişi imzalanıb.
Azərbaycan və İtaliyanın İT şirkətləri arasında anlaşma memorandumu və məxfilik sazişi imzalanıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın yerli İT şirkəti "Neuron Technologies" və İtaliyanın "Exprivia" şirkəti arasında anlaşma memorandumu və məxfilik sazişi imzalanıb. Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Sənədləri Azərbaycan tərəfindən "Neuron Technologies" şirkətinin təsisçisi və baş icraçı direktoru İsmayıl Ələkbərov və İtaliyanın "Exprivia" şirkətinin təsisçisi və baş icraçı direktoru Favuzzi Domeniko imzalayıblar.

Tədbirdə həmçinin İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo da iştirak edib.

"Exprivia" şirkəti İtaliya və digər Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrində İT sənayesində fəaliyyət göstərir və innovativ proqram təminatında təcrübəyə malikdir.

Azərbaycanın "Neuron Technologies" şirkəti İKT sahəsində çalışan yerli şirkətdir və "açar-təhvili" İT həllərin Azərbaycana gətirilməsi istiqamətində fəaliyyət göstərir.

Hər iki şirkət bank və maliyyə, səhiyyə, neft və qaz, müdafiə, kosmik və nəqliyyat kimi sahələr üçün İKT həllərin gətirilməsi üçün birgə layihələr həyata keçirəcək.

"Neuron Technologies" şirkətinin təsisçisi İsmayıl Ələkbərov şirkətinin "Exprivia" ilə uğurlu birgə layihələr həyata keçirəcəyinə əmin olduğunu bildirib.

F. Domenico bildirib ki, "Exprivia" yeni İT həlləri ilə Azərbaycan bazarına daxil olmaq istəyir və bu sazişin imzalanmasını İtalyanın texnologiyasının Azərbaycana gətirilməsində vacib olduğunu bildirib.

İtalyanın Azərbaycandakı səfiri isə öz növbəsində qeyd edib ki, Azərbaycan və İtaliya şirkətləri arasında xüsusilə də İKT sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur və bu səbədən bu istiqamətdə birgə səyləri gücləndirmək vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti