...

Bakcell-dən GəlirliCIN - sizə gəlir gətirən unikal tarif

Telekommunikasiya Materials 17 Aprel 2014 16:21 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq abunəçiyə gündəlik istifadə olunan məbləğin yarısını növbəti gün geri qaytaran yeni tarif - GəlirliCIN tarifini təqdim edir.
Bakcell-dən GəlirliCIN - sizə gəlir gətirən unikal tarif

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq abunəçiyə gündəlik istifadə olunan məbləğin yarısını növbəti gün geri qaytaran yeni tarif - GəlirliCIN tarifini təqdim edir.

Şirkətdən Trend-ə daxil olan məlumata görə, bu tarifə qoşulan "Bakcell" abunəçiləri hər gün balansdan ölkədaxili danışıq, SMS və MMS üçün istifadə etdikləri məbləğlin 50%-ni növbəti gün bonus şəklində geri alacaqlar. Beləliklə, hər gün sərf olunan məbləğin yarısı növbəti gün istifadə olunması üçün bonus şəklində geri qaytarılır.

Abunəçilər bu tarifə görə aldıqları bonusları istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanılması üçün istifadə edə bilərlər. Ölkədaxili istifadə üçün əlavə olunan bonusun istifadə müddəti 1 gün təşkil edir və hər gün abunəçi ötən günün sərfiyyatına uyğun yeni bonusunu alır.

"Bakcell" abunəçiləri *138*3#YES kodunu yığmaqla GəlirliCIN tarifinə qoşula bilərlər. Yeni abunəçilər nömrə aldıqları gün *138*3#YES yığmaqla GəlirliCIN tarifinə pulsuz şəkildə qoşula bilərlər. Bu tarif barədə ətraflı məlumatı əldə etmək üçün 5504 qısa nömrəsinə zəng edin və ya boş SMS göndərin və yaxud www.bakcell.com internet səhifəsinə baş çəkin.

GəlirliCIN tarifindən yararlanın və pulunuza qənaət edin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti