...

Mobil operator 2014-cü ildə ilk nailiyyətləri barədə məlumatı media nümayəndələri ilə bölüşdü (FOTO)

Telekommunikasiya Materials 17 Aprel 2014 17:00 (UTC +04:00)
Ənənəvi ünsiyyət platformasında jurnalistlərlə növbəti görüşünə gələn "Nar Mobile" mobil operatorunun Mətbuat klubunda media nümayəndələri ilə sayca dördüncü görüş keçirilib.
Mobil operator 2014-cü ildə ilk nailiyyətləri barədə məlumatı media nümayəndələri ilə bölüşdü (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Ənənəvi ünsiyyət platformasında jurnalistlərlə növbəti görüşünə gələn "Nar Mobile" mobil operatorunun Mətbuat klubunda media nümayəndələri ilə sayca dördüncü görüş keçirilib.

Şirkətdən Trend-ə daxil olan məlumata görə, "Mariott" mehmanxanasında qeyri-rəsmi müstəvidə keçirilən və yeni ildə ilk dəfə təşkil edilən görüş "Azerfon" şirkətinin 2014-cü ilin ilk aylarında əldə etdiyi nailiyyətlərə həsr olunub və ölkənin ən tanınmış jurnalistləri ilə bu barədə geniş fikir mübadiləsi aparılıb.

Mətbuat klubundakı görüşü açıq elan edən "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Arpadarai "Nar Mobile" mobil operatorunun fəaliyyət və prinsiplərindən, eləcə də sosial layihələrə verdiyi böyük dəstəkdən söhbət açıb.

Daha sonra "Azerfon" şirkətinin İnformasiya texnologiyaları üzrə baş direktoru Xəyyam Həsənli maraqlı təqdimatla çıxış edib. O, "Nar Mobile" mobil operatorunun informasiya texnologiyaları strategiyasının mahiyyətini açıqlayıb. X.Həsənlinin bu təqdimatı sayəsində jurnalistlər kifayət qədər dəyərli informasiya əldə ediblər.

Görüşün sonunda "Azerfon" şirkətinin satış üzrə baş direktoru, Leyla Nəsrullayeva jurnalistlərin suallarını cavablandırıb.

Sərbəst ünsiyyət xarakteri daşıyan bu görüş istirahət zəminində keçmiş və media nümayəndələri üçün olduqca səmərəli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti