...

Bakıda abonentlərin yarıdan çoxu genişzolaqlı internet xidmətlərinin istifadəçisidir

Telekommunikasiya Materials 18 Aprel 2014 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir H.Vəliyev/

Bakıda genişzolaqlı internetin nüfuzetmə səviyyəsi 51 faizə çatır. Trend-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktoru Beydulla Hüseynov 2014-cü ilin birinci rübünün yekunları üzrə nazirliyin kollegiya iclasında deyib.

Onun sözlərinə görə, istismarda olan stasionar telefon nömrələrinin ümumi sayı 607 min ədəddir. Bundan 309 min nömrənin sahibi ("BakinterNet" abonentləri və özəl provayderlər nəzərə alınmaqla) genişzolaqlı internet abonentləridir. 2010-cu ildə bu göstərici 35 min təşkil edirdi.

Son üç il ərzində ("Bakı Telefon Rabitəsi" İB şəbəkəsi və "BakinterNet" dövlət provayderi nəzərə alınmaqla) trafikin keçirmə qabiliyyətində 1,5-dən 40 qiqabitədək artım müşahidə olunub. Özəl provayderlərin trafiki nəzərə alınmaqla bu göstərici 50 giqabiti ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti