...

Azərbaycanın aşağı orbitli peykinin tikintisi üzrə tender başa çatır

Telekommunikasiya Materials 21 Aprel 2014 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir H.Vəliyev/

Mayda Azərbaycanın aşağı orbitli peykinin tikintisi ilə bağlı tender zərfləri açılacaq. Bunu bazar ertəsi Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Nazirliyin məlumatına görə, tenderdə altı şirkət iştirak edir.

Peykin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb.

Qeyd edək ki, "Azərkosmos" ASC də region üzərindən keçən peyklərdən Yerin səthinin təsvirlərinin qəbulu üçün universal yerüstü stansiyanın tikintisinə görə elan edilmiş tenderin nəticələrinə yekun vurur.

Azərbaycanın peyk operatoru Azərbaycanda və regional ölkələrin bazarlarında kosmik radar və optik təsvirlərin tətbiqi imkanları üzrə biznes plan hazırlayır.

"Azərkosmos" ASC peyk təsvirlərinin potensial alıcıları ola biləcək strukturlarla mütəmadi danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti