...

Azərbaycanın poçt şəbəkəsində su və qaz sayğaclarının smart-kartlarını yükləmək mümkün olacaq

Telekommunikasiya Materials 21 Aprel 2014 16:26 (UTC +04:00)
Qaz və su üzrə kommunal xidmətlərin haqqının ödənişi üçün istifadə olunan smart-kartları "Azərpoçt" MMC-nin şəbəkəsində yükləmək mümkün olacaq
Azərbaycanın poçt şəbəkəsində su və qaz sayğaclarının smart-kartlarını yükləmək mümkün olacaq

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir H.Vəliyev/

Qaz və su üzrə kommunal xidmətlərin haqqının ödənişi üçün istifadə olunan smart-kartları "Azərpoçt" MMC-nin şəbəkəsində yükləmək mümkün olacaq. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, layihənin inteqratoru poçt operatoru üçün proqram təminatını hazırlayan "Komtec" (MilliÖN ödəniş sistemlərinin quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) şirkətidir. Yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcək sistem hazırda sınaqdan keçirilir.

Bundan başqa, poçt şöbələrinin MilliÖN ödəniş terminalları ilə təchizatı nəzərdə tutulur. Hazırda poçt şöbələrinin həmin terminallarla təchizatı üzrə danışıqlar aparılır və terminallar yaxın vaxtlarda poçt operatorunun şəbəkələrində yerləşdirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti