...

Beynəlxalq şirkət Azərbaycan Yüksək Texnologiyalar Parkının fəaliyyət konsepsiyasını hazırlayır

Telekommunikasiya Materials 24 Aprel 2014 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda Yüksək Texnologiyalar Parkının tikinti layihəsi üzrə təkliflər bir neçə ay ərzində hazırlanacaq. Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, hazırda Yüksək Texnologiyalar Parkının fəaliyyət konsepsiyasının hazırlanması üzrə işlər aparılır.

"Commit" beynəlxalq konsaltinq şirkəti layihədə iştiraka cəlb edilib. Şirkət Parkın səmərəli fəaliyyət göstərməsi üçün zəruri olan infrastrukturun formalaşdırılması ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Park Bakının Pirallahı rayonunda inşa ediləcək. Bunun üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti