...

"Bakcell" Günboyu 0 tarifində pulsuz danışıq vaxtını 17 saata qədər artırdı

Telekommunikasiya Materials 24 İyun 2014 17:30 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Günboyu 0 tarifində olan abunəçilərə təqdim olunan pulsuz danışıq vaxtını artırıb.
"Bakcell" Günboyu 0 tarifində pulsuz danışıq vaxtını 17 saata qədər artırdı

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Günboyu 0 tarifində olan abunəçilərə təqdim olunan pulsuz danışıq vaxtını artırıb.

Yeni artım tətbiq edildikdən sonra bu tarifdə olan abunəçilər əvvəlki 10 saat əvəzinə indi 17 saat (gecə 01:00-dan növbəti gün saat 18:00-a qədər) şəbəkədaxili pulsuz danışacaqlar. Vaxt artımına baxmayaraq, gündəlik ödəniş dəyişilməz - 29 qəpik olaraq qalır.

Bu 17 saatlıq pulsuz danışıq fürsəti Günboyu 0 tarifində olan bütün abunəçilərə mövcud və ya yeni abunəçi olmasından asılı olmayaraq şamil olunur. Yeni abunəçilər Günboyu 0 tarifində olan nömrə aldıqda 5 AZN bonus əldə edirlər. Beləliklə, onlar gündəlik xərclərini ödəmək üçün 5 AZN bonusdan istifadə etməklə bu səfəli tarifi əlavə vəsait xərcləmədən sınaqdan keçirə bilərlər.

Yeni abunəçi Günboyu 0 tarifindən hər hansı digər "Bakcell" tarifinə keçmək fikrinə gəlsə, onun üçün bu imkan ilk dəfə pulsuz təqdim olunacaq.

İstənilən Bakcell abunəçisi *138*9#YES kodunu yığmaqla Günboyu 0 tarifinə pulsuz qoşula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti