...

"Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb

Telekommunikasiya Materials 3 İyul 2014 18:05 (UTC +04:00)
"Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb.
"Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

"Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Mərkəzindən məlumat verilib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, "Spot 7" peykinin orbitə buraxılması "Airbus Defence və Space" və "Azərkosmos" ASC arasında strateji əməkdaşlıq və peyklərdən birgə istifadəyə dair bu ilin may ayında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində atılmış mühüm addımdır.

O, qeyd edib: "Bununla yanaşı, qeyd etmək istərdim ki, "Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb. Tenderin vaxtının uzadılması, bu layihə çərçivəsində olduqca yüksək keyfiyyətli peykin istehsalına hesablanıb. Bu ilin sentyabr ayında tenderin başa çatması gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti