...

Azercell internet xidmətlərindən istifadə zamanı mümkün nasazlıqlar haqqında xəbərdarlıq edir

Telekommunikasiya Materials 21 İyul 2014 12:35 (UTC +04:00)
Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/ Azərbaycanın mobil operatoru "Azercell Telecom" MMC iyulun 22-də gecə internet xidmətlərindən istifadə zamanı müşahidə oluna biləcək mümkün nasazlıqlar haqqında xəbərdarlıq edir.
Azercell internet xidmətlərindən istifadə zamanı mümkün nasazlıqlar haqqında xəbərdarlıq edir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanın mobil operatoru "Azercell Telecom" MMC iyulun 22-də gecə internet xidmətlərindən istifadə zamanı müşahidə oluna biləcək mümkün nasazlıqlar haqqında xəbərdarlıq edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi rəsmi mətbuatda dərc olunmuş xəbərdə deyilir.

Məlumata görə, nasazlıqlar abonentlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün aparılan təkmilləşdirmə işləri ilə bağlı olacaq.

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. "Azercell" Azərbaycana bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarının 55%-nə nəzarət edən "Azercell" şəbəkəsi əhalinin 99,8%-ni əhatə edir. 2011-ci ilin ilin sonuna "Azercell" abonentlərinin sayı 4 milyon 220 min nəfər təşkil edib. 2011-ci ildə "Azercell" 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti