...

Kabel televiziyası operatoru yeni HD resiver təqdin edir

Telekommunikasiya Materials 22 İyul 2014 15:20 (UTC +04:00)
ilə TV kabel televiziyası operatoru geniş funksionallığı və əlverişliliyi ilə seçilən yeni HD resiverini təqdim edir.
Kabel televiziyası operatoru yeni HD resiver təqdin edir

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Ailə TV kabel televiziyası operatoru geniş funksionallığı və əlverişliliyi ilə seçilən yeni HD resiverini təqdim edir. Əvvəlki modellərdən fərqli olaraq, DVB-C standartlı yeni HD TV resiver HDMİ və USB portları ilə təhciz olunub ki, bunun nəticəsində yüksək keyfiyyətli görüntü və media pleyer funksiyalarından istifadə etmək mümkün olur. Həmçinin, yayımın USB yaddaş daşıyıcılarına yazılma imkanı və EPG (elektron proqram bələdçi) vasitəsilə bir-neçə müxtəlif proqramın rezervasiyası funksiyaları, yeni HD TV resiveri ən müasir tələblərə uyğun resiver edir.

"Caspian Telecom" mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, yenilikər yeni HD TV resiverinin menyusundan da yan keçməyib. Resiverin yenilənmiş menyusu, abunəçilərə Ailə TV kabel telviziyası xidmətlərindən daha rahat və operativ istifadə etməyə imkan verir.

Yeni HD TV resiverdə valideyin nəzarəti funksiyası da mükəmməlləşdirilib. Əgər əvvəlki modellərdə hər hansısa bir verlişə qadağa qoymaq üçün bütöv TV kanalı bağlamaq lazım gəlirdisə, yeni HD TV resiverdə müəyyən verlişə, konkret vaxt civarında qadağa qoymaq mümkündür.

Ailə TV-nin yeni HD TV resiverinin əsas üstünlüklərindən biri də onun əlverişli qiymətə olmasıdır. Belə ki, yenilənmiş və daha funksional HD resiver əvvəlki SD resiver qiymətinə, 40 AZN-ə abunəçilərə təqdim olunur və beləliklə köhnə model SD resiverləri həm qiymətdə həm də keyfiyyət və funksionallıqda üstələyir. Bundan əlavə yeni HD TV resiverlərin abunəçilər üçün daha əlçatan olması və yeni texnologiyaya keçidin sürətləndirilməsi məqsədilə bir sıra həvəsləndirici aksiyalar da nəzərdə tutulub. Bununla da Ailə TV, rəqəmsal yayıma keçid ilə bağlı dövlət proqramına da dəstək göstərir.

İndi, bir illik abunə haqqını (108 AZN) ödəyən abunəçilərə yeni HD TV resiverlər pulsuz təqdim olunur. Gələcəkdə həmin HD TV resiverləri icarəyə də əldə etmək mümkün olacaq.

"Caspian Telecom" MMC şirkətinin brendi olaraq, Ailə TV kabel televiziyası gələcəkdədə öz abunəçilərinin məmnunluğu üçün müxtəlif aksiyaların təşkilini və yeni innovativ texnologiyaların tətbiqini planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti