...

Azərbaycanda mobil və fiksajlanmış internet-trafikdən istifadədə xeyli artım müşahidə olunub

Telekommunikasiya Materials 12 Avqust 2014 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, 2014-cü ilin iyulunda Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində daxil olan internet-trafikin sürəti 6,7 Mbit/saniyə təşkil edib. Trend xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Aprel ayı ilə müqayisədə həmin göstərici 17,5 faiz artıb.

Reytinqdə "Bakcell", "Azercell" və "Azerfon" mobil operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Tədqiqatın aparıldığı dövrdə bu şəbəkələrdə daxil olan trafikin maksimal sürəti 6,86 Мbit/s (Bakcell-də), eləcə də 5,90 Мbit/s (Azercell) və 6,45 Мbit/s (Azerfon) təşkil edib.

Göstərilən dövrdə Azərbaycanın mobil şəbəkələrində xaric olan trafikin orta sürəti 2,2 Mbit/s olub ki, bu da 2014-cü ilin aprel ayının göstəricisindən 25 faiz çoxdur. Bakı üzrə bu göstərici 3,46 Mbit/s təşkil edib.

İyulda xaric olan trafikin maksimal sürəti 2,26 Мbit/s (Bakcell-də), 1,96 Мbit/s (Azercell), eləcə də 1,98 Мbit/s (Azerfon-da) olub.

"NetIndex" reytinqinə əsasən, apreldə Azərbaycanda daxil olan genişzolaqı internet-trafikin orta sürəti aprel ayı ilə müqayisədə 32 faiz artaraq 6,4 Mbit/s təşkil edib. Bakı üzrə bu göstərici 7,04 Mbit/s, Sumqayıt üzrə 3,97 Mbit/s təşkil edib.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 43,23 Mbit/s "CityNet" şəbəkəsində), minimum isə 2,3 Mbit/s ("Azerin") təşkil edib.

İyulda xaric olan fiksajlanmış trafikin sürəti 59,2 faiz artaraq 4,3 Mbit/s olub. Bakı üzrə bu göstərici 4,82 Mbit/s, Sumqayıt üzrə isə 2,16 Mbit/s təşkil edib.

Xaric olan trafikin maksimum sürəti 43,58 Mbit/s ("CityNet" şəbəkəsi), minimum isə 0,47 Mbit/s ("Azerbaijan Data Network") olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti