...

Bakı bulvarı təhlükəsizlik sistemini gücləndirir

Telekommunikasiya Materials 21 Avqust 2014 19:48 (UTC +04:00)
Dənizkənarı Milli Park bütün ərazisi boyunca yüksək həll qabiliyyətinə malik videomüşahidə kameraları (Full HD) ilə təchiz edilib

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Dənizkənarı Milli Park bütün ərazisi boyunca yüksək həll qabiliyyətinə malik videomüşahidə kameraları (Full HD) ilə təchiz edilib. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, hazırda burada quraşdırılan 53 kamera parkın bütün ərazisini əhatə edir. Avadanlığı "Dahua" şirkəti tədarük edir.

Mənbə qeyd edib ki, videogörüntülərin keyfiyyətli ötürülməsi üçün 14 kilometr uzunluğunda optik lifli kabel quraşdırılıb: "Layihə üzrə işlərin cari ilin sentyabr ayının ortalarında başa çatdırılması gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti