...

Azərbaycanın peyk operatorunun xidmətləri Avropada sərgidə təqdim olunacaq

Telekommunikasiya Materials 22 Avqust 2014 14:47 (UTC +04:00)
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərkosmos" ASC televiziya və radio yayımı sahəsində texnologiyalara həsr edilmiş Avropada ən iri IBC (International Broadcasting Convention) sərgi-konfransı çərçivəsində öz xidmətlərini təqdim edəcək.
Azərbaycanın peyk operatorunun xidmətləri Avropada sərgidə təqdim olunacaq

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərkosmos" ASC televiziya və radio yayımı sahəsində texnologiyalara həsr edilmiş Avropada ən iri IBC (International Broadcasting Convention) sərgi-konfransı çərçivəsində öz xidmətlərini təqdim edəcək. Trend xəbər verir ki, bu barədə sərginin təşkilatçısının yaydığı məlumatda deyilir.

Sərgi-konfrans 2014-cü il sentyabrın 11-dən 16-dək Amsterdamda keçiriləcək. "Azərkosmos" ASC-nin xidmətləri 5.B06 stendində sərgilənəcək.

IBC sərgi-konfransında hər il dünyanın 130 ölkəsindən 1,3 mindən artıq şirkət iştirak edir. Tədbirin təşkilatçıları təkcə yeni proqramların nümayiş olunmasına deyil, televiziya və telekommunikasiya bazarlarındakı yeni tendensiyalara həsr edilmiş bütöv seminar və proqramların keçirilməsinə də hazırlaşırlar.

Minə yaxın şirkət Amsterdamdakı IBC-2014 sərgisində media və geniş şəkildə yayımlanan informasiya vasitələri sahəsində ən yeni texnologiyaları və ən qabaqcıl ideyaları təmsil edəcəklər. Sərgini müxtəlif ölkələrdən 30 minə yaxın insan ziyarət edir. Sərgidə antenlər, audio və video sistemlər, kabellər, kameralar, rəqəmli texnologiyalar və bir çox digərləri təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti