...

Azərbaycanın mobil rabitə operatoru 3G şəbəkəsinin inkişafına investisiya yatırmağa davam edəcək

Telekommunikasiya Materials 23 Avqust 2014 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC üçüncü nəsil şəbəkənin (3G) inkişafına investisiya yatırmağa davam edəcək. Bunu Trend-ə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer deyib.

Onun sözlərinə görə, əhalinin sıx məskunlaşdığı və az olduğu yerlərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi şirkətin qarşıdakı planlarına daxildir. Bundan başqa, söhbət şəhərlərin kənarında magistral yollar boyunca şəbəkənin genişləndirilməsindən gedir və bu istiqamətdə xeyli iş görülüb.

R.Şirer qeyd edib ki, 3G şəbəkəsinin inkişafı şirkət qarşısında qoyulmuş vacib məqsədlərdən biridir: "Bu, mobil internet xidmətinin daha da genişlənməsinə imkan yaradacaq. LTE şəbəkəsinin inkişafına gəlincə, biz bu rabitə standartını sınaqdan keçirmişik. Onun inkişafını ləngidən əsas amil hələ də bazarda bu rabitə standartını dəstəkləyən qurğuların sayının az olmasıdır. Digər tərəfdən, smartfonların qiyməti onlardan istifadə edənlərin sayının artmasına səbəb ola biləcək həddi hələ də ötməyib".

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına "Bakcell"in şəbəkə infrastrukturunun hazırlığı məsələsini şərh edən R.Şirer vurğulayıb ki, hazırda yarışların keçiriləcəyi dövr ərzində mobil rabitədən rahat istifadə şəraitinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb.

Qeyd edək ki, Bakıda I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti