...

TASİM iştirakçıları layihənin biznes modelini təqdim edəcəklər

Telekommunikasiya Materials 26 Avqust 2014 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikintisi layihəsinin iştirakçıları yaxın vaxtlarda layihənin biznes modelini təqdim edəcəklər. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, yaxın vaxtlarda layihə iştirakçılarının iclasının keçiriləcəyi gözlənilir. İclas çərçivəsində layihənin gələcək reallaşdırılmasının konturları aşkar ediləcək, onun hüquqi statusu, layihə iştirakçılarının səlahiyyətləri, rolları və onların maliyyə xərcləri müəyyən ediləcək.

İştirakçı tərəflər layihənin biznes modeli barədə öz təsəvvürlərini, trafiklə idarəetmənin hansı şəkildə həyata keçiriləcəyi, investisiyaların və gəlirlərin necə bölüşdürüləcəyini təqdim edəcəklər.

Kabel magistralının Xəzər seqmentinin çəkilişi TASİM layihəsinin tərkib hissəsidir və bu barədə Qazaxıstanla danışıqlar aparılır.

Bu yaxınlarda Dünya Bankı TASİM layihəsinin iştirakçılarına Türkmənistan ərazisindən üçüncü alternativ marşrut təklif edib. Bu marşrutun da Çinə və internet tutumlara yüksək tələbatın olduğu Şərqi Asiya (İndoneziya, Vyetnam və digər) ölkələrinə çıxışı var.

Mənbənin sözlərinə görə, TASİM-in sualtı hissəsinin tikintisi daim geosiyasi xarakterli məsələdir: "Sevindirici haldır ki, Xəzərin hüquqi statusu ilə bağlı məsələ həll edilməsə də, bu gün Orta Asiya ölkələri müstəqil qərar qəbul edə bilərlər".

Agentliyin müsahibinin sözlərinə görə, Qazaxıstan tərəfi TASİM layihəsinin KİV-də geniş işıqlandırılmasına çalışmır ki, bu da yeni venderlərin meydana çıxması cəhdinin olmaması ilə bağlıdır. Ehtimal olunur ki, bu, layihənin onsuz da yubanan reallaşma müddətinə təsir edə bilər.

Mənbə qeyd edib: "Hər şeydən göründüyü kimi, Qazaxıstan artıq təqdim etmək niyyətində olduğu venderlərini müəyyən edib. Sualtı seqmentin tikintisində mühüm aspekt siyasi iradənin olmasıdır. Azərbaycanda belə iradə var. Dünya Bankının TASİM-in Türkmənistan istiqamətində alternativ marşrutunun tikintisi üzrə təklifinə gəldikdə, bu, əlbəttə ki, layihə iştirakçılarının bəyəndikləri müsbət addımdır. Lakin bu ölkədə vəziyyət bir qədər mürəkkəbdir. Məsələn, Azərbaycanın göstərilən sahədə [sualtı seqmentin tikintisi] əməkdaşlıq qurmaqla bağlı cəhdləri cavabsız qalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti